Azərbaycanın şaftalı ixracından qazancı 34 % artıb

2 Noyabr 2024 09:47 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 68 milyon 600 min ABŞ dolları dəyərində şaftalı ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında qeyd olunub.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 34 % çoxdur.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 51 milyon 400 min ABŞ dolları məbləğində şaftalı ixrac edib.