Azərbaycan XİN Serbiyaya başsağlığı verib

2 Noyabr 2024 10:27 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.

Bu barədə müvafiq paylaşım nazirliyin “X” sosial şəbəkəsində yerləşdirilib.

“Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmasını diləyirik”, - paylaşımda yazılıb.