Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) Yaponiya Müdafiə Nazirliyinə məxsus “Kirameki 3” (DSN 3) hərbi rabitə peykini uğurla orbitə göndərib.
JAXA-nın verdiyi açıqlamada peyki daşıyan H3 raketinin yerli vaxtla saat 15.48-də Kaqoşima əyalətindəki Taneqaşima Kosmik Mərkəzindən buraxıldığı bildirilib.
Bildirilib ki, hava şəraitindən daha az təsirlənən “X diapazonu” tezlik diapazonundan istifadə edən, hərbi hissələr arasında sürətli və böyük həcmdə məlumat mübadiləsini təmin edəcək peyk planlaşdırıldığı kimi havaya qalxdıqdan təxminən 29 dəqiqə sonra orbitinə daxil olub.
Əvvəlcə oktyabrın ortalarına planlaşdırılan buraxılış əlverişsiz hava şəraiti və texniki çətinliklər səbəbindən təxirə salınıb.
Mövsüm
Aznews.az