Hindistanda təlim uçuşu zamanı MiQ-29 qırıcısı qəzaya uğrayıb

4 Noyabr 2024 21:25 (UTC+04:00)

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarəsi Hindistanın Uttar Pradeş ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb və pilot özünü təhlükəsiz yerə atıb.

Hindistan Hərbi Hava Qüvvələrindən verilən yazılı açıqlamada MiQ-29 qırıcı təyyarəsinin Aqra şəhəri yaxınlığında adi təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Açıqlamada təyyarənin sistem nasazlığı səbəbindən qəzaya uğradığı, pilotun özünü təhlükəsiz yerə atdığı bildirilib.

Açıqlamada Hindistan Hərbi Hava Qüvvələri tərəfindən qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığı qeyd olunub.

"Hindustan Times" qəzetinin verdiyi məlumata görə, rəsmilər qırıcı təyyarənin boş sahəyə çırpıldıqdan sonra alovlandığını, hadisədə can itkisi və yaralanmanın olmadığını bildirib.

Mövsüm

Aznews.az