Belçikada hökumət böhranı 150-ci günündə də davam edir

4 Noyabr 2024 21:27 (UTC+04:00)

İyun ayında Belçikada keçirilən seçkilərdən sonra hökumət hələ də 150-ci gündə formalaşmayıb.

Krallığın bəyanatına görə, kral Filip seçkinin qalibi, Flamand millətçi N-VA partiyasının lideri Bart De Veveri sarayda qəbul edib.

Koalisiya danışıqları heç bir nəticə vermədiyi üçün De Vever hökumət qurmaq vəzifəsini krala qaytarıb.

Kral De Veverin istefasını qəbul etməyib və danışıqları davam etdirmək üçün noyabrın 12-dək vaxt verib.

Digər tərəfdən, koalisiya danışıqlarında yeganə sol təmayüllü Flaman partiyası Vooruit, danışıqlardan çəkildiyini açıqladı.

Belə ki, iyunun 9-da keçirilən seçkilərdən 150-ci gün keçməsinə baxmayaraq, hökumət hələ də formalaşmayıb.

Mövsüm

Aznews.az