Gürcüstanda məhkəmə 30 seçki məntəqəsində səsvermənin məxfiliyini pozduğuna görə parlament seçkilərinin nəticələrini ləğv edib.
Bu barədə “Publica” nəşri ölkənin Gənc Hüquqşünaslar Assosiasiyasına istinadən məlumat yayıb.
"Hakimin qərarı ilə Tsalka və Tetri-Tskaro seçkilərinə daxil olan bütün elektron seçki dairələrinin nəticələri etibarsız elan edilib", - materialda deyilir.
Qeyd olunur ki, hakim eksperiment keçirib və nəticədə bülletenlər aparata yerləşdirilərkən onların arxa hissəsində markerin izlərinin görünməsi səsvermə sirrinin pozulması deməkdir.
Mövsüm
Aznews.az