Paris və Amsterdamdakı Netflix ofislərində axtarış aparılıb

5 Noyabr 2024 16:56 (UTC+04:00)

Netflix striminq xidmətinin Paris və Amsterdamdakı ofislərində vergidən yayınma işi ilə bağlı axtarış aparılıb.

Fransanın “Le Parisen” qəzeti bu barədə məhkəmə mənbəsinə istinadən məlumat yayıb.

Axtarışlar Milli Maliyyə Prokurorluğu (PNF) və mərkəzi antikorrupsiya agentliyinin müstəntiqləri tərəfindən aparılıb. O da məlumdur ki, PNF iki il əvvəl vergi saxtakarlığı və çirkli pulların yuyulması ilə bağlı ilkin araşdırmaya başlayıb. İstintaq şirkətin Fransadakı baş qərargahına yönəldilib.

Mövsüm

Aznews.az