ABŞ -də keçirilən prezident seçkilərinin nəticələri Avropa İttifaqının (Aİ) daha müstəqil xarici siyasət yürütməyə qadir olub-olmamasını müəyyən edəcək.
Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Qırğızıstan Prezidenti Sadır Japarovla görüşündə deyib.
“Bu seçki böyük əhəmiyyət kəsb edir, çünki son illərdə Aİ ilə ABŞ arasında münasibətlər qeyri-bərabər olub. Bütün əsas strateji məsələlərdə Avropanın müstəqil xarici siyasəti yox idi”, - deyə Orban bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri hər cəhətdən ABŞ-nin mövqeyinə uyğun idi. O, bunu Avropanın Ukrayna münaqişəsində bataqlaşmasının səbəbini adlandırıb. Bundan əlavə, bu səbəbdən dövlətlər enerji böhranı və rəqabət qabiliyyətinin azalması ilə üzləşirlər.
Mövsüm
Aznews.az