Zelenski: Kursk vilayətində 11 min Şimali Koreya əsgəri var

5 Noyabr 2024 21:36 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətində 11 min Şimali Koreya əsgərinin olduğunu iddia edib.

Zelenski X hesabında verdiyi açıqlamada Rusiyanın Kursk bölgəsində yaratdıqları bufer zonanı qoruduqlarını bildirib.

Şimali Koreya əsgərlərinin Kurskda olduğuna dair kəşfiyyat məlumatlarına sahib olduqlarını ifadə edən Zelenski, "Hazırda Kursk bölgəsində 11 min Şimali Koreya əsgəri var. Şimali Koreya qüvvələrinin artdığını görürük, amma təəssüf ki, tərəfdaşlarımızdan cavab artımını görmürük”,- deyə qeyd edib.

Mövsüm

Aznews.az