Hikmət Hacıyev: Son dövrlərdə teleradioların sayının artması müsbət tendensiyadır

6 Noyabr 2024 10:07 (UTC+04:00)

Son dövrlərdə radio kanalların sayının artması, yeni televiziya kanallarının yaranması müsbət tendensiyalardır.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə "X"də yazıb.

O, peşə bayramı münasibətilə televiziya və radio işçilərini təbrik edib.

H.Hacıyev xatırladıb ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb: "Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb".