ABŞ-nin Arizona ştatında kiçik təyyarənin avtomobilin üzərinə çırpılması nəticəsində azı 5 nəfər ölüb.
Bu barədə polisə və ABŞ Federal Aviasiya Administrasiyasına istinadən ""Associated Press" məlumat yayıb.
Qəza şəhərətrafı Finiksdəki hava limanından havaya qalxdıqdan dərhal sonra baş verib. Hadisə yerində güclü yanğın başlayıb.
Honda HA-420 yüngül biznes reaktiv təyyarəsinin göyərtəsində beş nəfər olub.
Mövsüm
Aznews.az