Admiral Fədavi: ABŞ və İsrailin İrana qabaqlayıcı zərbə endirməsi istisna deyil

6 Noyabr 2024 17:30 (UTC+04:00)

Vaşinqton və Təl-Əvivin İran ərazisinə qabaqlayıcı zərbə endirməsi istisna deyil.

Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanının müavini admiral Əli Fədavi deyib.

“İsna” agentliyi Teleqram kanalında onun sözlərindən sitat gətirib: “Biz İranın “Doğru vəd 3” əməliyyatını həyata keçirməsinin qarşısını almaq üçün ABŞ və sionist rejimin (İsrail - red.) hər hansı qabaqlayıcı hücumunu istisna etmirik ”.

Fədavinin sözlərinə görə, İsrailin İrana “müqavimət göstərmək gücü yoxdur”.

O, bildirib ki, İran tərəfinin arsenalında hücum üçün kifayət qədər silah və vasitə var.

Mövsüm

Aznews.az