Vuçiç Trampın Ukraynada sülhə nail olacağına ümid etdiyini bildirib

6 Noyabr 2024 19:43 (UTC+04:00)

Serbiya prezidenti Aleksandar Vuçiç ümid edir ki, ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının əsas namizədi Donald Tramp Ukraynada sülhə nail olmağa çalışacaq.

"Telepraf" bu barədə məlumat yayıb .

O, Çexiyanın baş naziri Petr Fiala ilə görüşdə deyib: “Qlobal təsir baxımından Trampın Ukraynada sülh yaratmağa çalışacağını gözləyirəm”.

O vurğulayıb ki, respublikaçı münaqişəyə son qoymaq üçün həll yolu təklif edəcək və axtaracaq. Onun sözlərinə görə, bu həlli tapmaq asan olmayacaq.

Mövsüm

AzNews.az