İspaniyanın baş naziri Pedro Sançes ölkənin şərq və cənub bölgələrini, xüsusən də Valensiyanı vuran daşqının səbəbinin iqlim dəyişikliyi böhranı olduğunu bildirib.
'İQLİM BÖHRANI NİYƏ BAŞ VERİB'
Baş nazirin iqamətgahında keçirilən mətbuat konfransında Sançez şiddətli yağışdan sonra meydana gələn selin arxasında iqlim böhranının olduğunu və iqlim dəyişikliyi məsələsinin siyasətdən yuxarıda saxlanması lazım olduğunu bildirib.
Bölgəni fövqəladə iqlim vəziyyətinə uyğunlaşdırmaq üçün bir plan hazırlayacaqlarını qeyd edən Sançez, "Mümkün laqeydlik və edilən səhvlər böhranın başqa bir mərhələsidir, indi həyatı yenidən qururuq, bu faciənin qurbanlarına yardım edirik" ,- deyə qeyd edib.
Mövsüm
AzNews.az