Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin 12-ci sammiti Azərbaycanda keçiriləcək.
APA xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunlarına dair Bişkek Bəyannaməsində əksini tapıb.
Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda, qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.