NATO ölkələri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın tələb etdiyi kimi, ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləyəcək.
Bu barədə Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən iclasından əvvəl Alyansın baş katibi Mark Rutte bildirib.
“Tamamilə əmindir ki, gələcəkdə [NATO ölkələri] ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləyəcək. İndi biz yeni hədəfin indiki 2% kimi universal olub-olmayacağı, yoxsa hər bir müttəfiq üçün güc hədəfləri təyin etməyin zəruriliyi barədə müzakirə aparmalıyıq - bu halda hər bir ölkə üçün faiz fərqli olacaq”, - Rutte bildirib.
O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp əvvəlki prezidentlik dövründə (2017-2021) NATO ölkələrinin müdafiəyə 2%-dən çox pul xərcləməli olduğunu deyərkən haqlı olub. Rutte həmçinin Donald Trampı ABŞ prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib və bunu “Respublikaçılar üçün böyük qələbə” adlandırıb.
Mövsüm
Aznews.az