Qazaxıstan BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət alıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşündə deyib.
“Qazaxıstan BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət alıb. Ümid edirik ki, bu, şahidi olduğumuz və yaşadığımız dəyişikliklər dövründə aktual qlobal problemlər üzrə əlaqələrimizi zənginləşdirəcək”, - deyə o, görüş zamanı bildirib.
Nazir həmçinin qeyd edib ki, Moskva ilə Astana arasında diplomatik münasibətlər yüksələn xətt üzrə gedir, Rusiya prezidenti Vladimir Putinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə hazırlıq gedir.
Mövsüm
Aznews.az