Almaniyada amerikalı Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.

7 Noyabr 2024 17:46 (UTC+04:00)

ABŞ hərbi məlumatlarını Çin kəşfiyyatına ötürməkdə şübhəli bilinən ABŞ vətəndaşı Almaniyada saxlanılıb.

Bu barədə Almaniya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Departamentin məlumatına görə, şübhəli şəxs son vaxtlara qədər Almaniyada ABŞ silahlı qüvvələrində çalışıb. 2024-cü ildə o, ABŞ ordusundan aldığı məxfi məlumatları Çin kəşfiyyatına ötürmək üçün Çinin dövlət qurumları ilə əlaqə saxlayıb.

"Təqsirləndirilən şəxs məxfi xidmət agenti kimi xarici kəşfiyyatla əməkdaşlığa razılıq verməkdə şübhəli bilinir", - mətbuat xidmətinin bəyanatında deyilir.

Mövsüm

Aznews.az