Pakistanın şimal-qərbində törədilən iki ayrı terror aktında 4 polis və 2 uşaq ölüb, 5 polis əməkdaşı yaralanıb.
Polis rəsmilərinin bildirdiyinə görə, dünən Cənubi Vəziristan bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan avtomobil keçərkən yol kənarına qoyulmuş bomba partlayıb.
Partlayış nəticəsində 4 polis məmuru həyatını itirib, 5 polis əməkdaşı yaralanıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, Pakistan Talibanının (TTP) son zamanlar bölgədə hücumlarını artırdığı məlumdur.
Bundan əlavə, TTP-nin Hayber Paxtunxva əyalətindəki Tirah vadisi yaxınlığında atdığı minaatan yolun kənarına düşüb.
Hücum zamanı məktəbə piyada gedən iki uşaq həyatını itirib.
Oktyabrın 25-də ölkənin şimal-qərbində və şimal-şərqində TTP yaraqlıları ilə toqquşmalarda 1 polis və 10 əsgərin həyatını itirdiyi, 19 yaraqlının öldürüldüyü bildirilib.
Mövsüm
Aznews.az