ABŞ-nin Arizona ştatında baş verən qəza ilə bağlı açıqlamanı Mesa Polis İdarəsi və Mesa Yanğın və Sağlamlıq İdarəsi verib.
Mesa Polis İdarəsi və Mesa Yanğın və Sağlamlıq İdarəsi tərəfindən edilən açıqlamada Mesadakı "Falcon Field" Hava Limanında kiçik bir reaktiv təyyarənin qalxmaqda çətinlik çəkdiyi bildirilib.
Açıqlamaya görə, təyyarə havaya qalxarkən uçuş-enmə zolağının yanındakı yolda olan avtomobilə çırpılıb.
Qəzada pilot, köməkçi pilot, 2 sərnişin və nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib, 1 nəfər yaralanıb.
Mövsüm
Aznews.az