Türkiyənin Elazığ şəhərində 5 maqnitudada zəlzələ baş verib.
Aznews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04-də qeydə alınıb.
Zəlzələ ocağı təxminən 16,22 kilometr dərinlikdə yerləşib. Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.