İraq Prezidentinin Azərbaycana səfəri başlayıb

11 Noyabr 2024 12:19 (UTC+04:00)

İraq Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.