ÜST baş direktoru: COP29-un açılış sessiyası çox yaxşı keçdi

12 Noyabr 2024 15:53 (UTC+04:00)

Bakıda keçirilən COP29-un açılış sessiyası çox yaxşı keçdi.

Aznews.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu konfransda səhiyyə sahəsinə daha çox diqqət yetirilir, çünki iqlim böhranı həm də səhiyyə böhranıdır.

ÜST rəhbəri vurğulayıb ki, təhlillər pandemiyanın baş verməsinin insanlardan asılı olduğunu göstərir:

"Əgər biz hazırlaşsaq, qarşısını almaq üçün hər şeyi etsək, bu baş verməyəcək. Əlimizdə olanlarla bunun qarşısını ala bilərik".