Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesinin mövcud vəziyyətini müzakirə edib

13 Noyabr 2024 09:53 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

Bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli “X”dəki hesabında bildirib.

O, qeyd edib ki, danışıqlarda Qəzzada baş verən son hadisələr, Livandakı proseslər və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin mövcud vəziyyəti müzakirə olunub.

Dışişleri Bakanımız Hakan Fidan, ABD Dışişleri Bakanı Antony Blinken ile bu akşam (12 Kasım) bir telefon görüşmesi gerçekleştirdi.

Görüşmede, Gazze’deki son durum, Lübnan’daki gelişmeler ve Azerbaycan ile Ermenistan arasındaki barış sürecinde gelinen nokta ele alındı.

— Öncü Keçeli | Dışişleri Bakanlığı Sözcüsü (@SpoxTR_MFA) November 12, 2024