Amerika prezidenti Co Baydenin hakimiyyətdən gedən administrasiyası Çinlə rəqabəti, İran təhlükəsini və Ukraynadakı münaqişəni ABŞ-nin milli təhlükəsizliyinə əsas təhdidlər hesab edir.
Bu barədə Ağ Evin müşaviri Ceyk Sullivan bildirib.
“Strateji səviyyəyə nəzər salsanız, o zaman dünya üçün gələcək 10, 20 və 30 il üçün müəyyənedici amil ÇXR ilə rəqabətdir. O zaman ən aktual məsələ İran və onun vəkil qruplarıdır”,- deyə Ceyk Sullivan qeyd edib.
Ağ Ev həmçinin Ukraynadakı münaqişəni və “Avropa təhlükəsizliyinə təhdid”i ABŞ-nin milli təhlükəsizliyinə təhdid hesab edir.
Mövsüm
Aznews.az