Brüsseldə AP Baş Assambleyasının sessiyası keçirilib.
Avropa Parlamentinin (AP) deputatları bütün Avropa İttifaqı (Aİ) ərazisində Rusiya qaz yanacaqlarının bütün idxalına qadağa qoymağa çağırıblar.
QƏRAR SƏS çoxluğu ilə QƏBUL EDİLDİ
AP Baş Assambleyasının Brüsseldə keçirilən iclasında səs çoxluğu ilə qəbul edilən qərarda Rusiyanın Aİ, G7 və beynəlxalq sanksiyalara baxmayaraq, xaricə xam neft və neft məhsulları ixracı üçün sığortasız və sahibi məlum olmayan köhnə tankerlərdən istifadə etdiyi bildirilib.
Qərarda qeyd olunub ki, bu tankerlər Ukraynada müharibənin davam etdirilməsi üçün kritik maliyyə dəstəyi verib.
Qətnamədə bu tankerlərin sahibləri, operatorları, menecerləri və sığorta şirkətlərinin Aİ-nin növbəti sanksiya paketlərinə daxil edilməsi, o cümlədən Aİ ölkələrinin limanlarında daha ciddi nəzarət, Aİ sularında qeyri-qanuni yüklərin ələ keçirilməsi və gəmilərə qarşı sərt cəzalar nəzərdə tutulur.
Qərarda Rusiyanın nefti tam qiymətə satmasına imkan verən boşluqların qarşısını almaq üçün G7 ölkələrindən Rusiya neftinin qiymət həddini sərtləşdirməyə çağırılıb.
Qətnamədə Rusiyadan hər cür idxalın davam etdirilməsinin sanksiyalara və Aİ-nin Ukraynaya dəstəyinə zərər verdiyi iddia edilib və LNG də daxil olmaqla Rusiyadan olan qalıq yanacaqların idxalına Aİ səviyyəsində qadağa qoyulması çağırışı edilib.
Qərarda tövsiyə edilir ki, diplomatik həll yolları səmərəsiz olarsa, Aİ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrlə münasibətlərini yenidən nəzərdən keçirməlidir.
Mövsüm
AzNews.az