Politico: Tramp Ukrayna üçün Harrisdən daha faydalı olacaq

15 Noyabr 2024 14:58 (UTC+04:00)

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya bu vəzifəyə iddialı olan vitse-prezident Kamala Harrisdən daha çox fayda gətirəcək.

Bu barədə "Politico" məlumat yayıb.

Materialda qeyd olunur ki, Ukrayna münaqişəsinin Tramp tərəfindən sona çatması bütün tərəflər üçün fayda gətirəcək:

Respublikaçı vədlərini yerinə yetirə biləcək, Ukrayna prezidenti Volodimir Zelenski "qəzəbli əsgərlərdən" qorunacaq.

“Kiyev indi başa düşür ki, Tramp Harrisdən daha yaxşı seçim ola bilər. Ən yaxşı halda, Harris [indiki Amerika lideri] Co Baydenin yanaşmasını davam etdirəcək - bu, onun siyasəti olacaq və bu, Ukraynanın yavaş ölümünə bərabər olacaq”, - Respublikaçı ekspert nəşrə bildirib.

Mövsüm

Aznews.az