"Səbəblərdən birincisi irsiyyət faktıdır. Çünki bu xəstəliyin irsi başlanğıcı olur. Hər nə qədər insanlar bunun sonradan yarandığını desə də, diabet orqanizmdə tədricən formalaşır və irsidir. İkinci səbəb düzgün qidalanmamaqdır. Ümumiyyətlə, qida mədəniyyətimiz şəkər tərkibli qidalarla o qədər zəngindir ki, biz onları tərk edə bilmirik. Bu da həmin irsi meyilliliyi bir az da dərinləşdirir. Fiziki aktivliyin və düzgün yuxu rejiminin olmaması şəkərli diabetin formalaşmasına səbəb olur".
Mütəxəssis Azərbaycanda bu xəstəliyin cavanlaşdığını da vurğulayıb:
"Əvvəllər 40 yaşındakı insanlara qoyduğumuz diaqnozları indi 20 yaşlarındakılar qoyuruq. Bu, artıq mövcud vəziyyətin göstəricisidir.
Bu sahədə tədbirlər görülməlidir. Cəmiyyət TV və radio vasitəsilə maarifləndirilməli, düzgün qida rejimi, fiziki aktivlik və yuxu rejiminə riayət etməyə təşviq edilməlidir. Əfsuslar olsun ki, sosial şəbəkələr insanlara vaxtında yatmaq və oyanmağa imkan yaratmır. Bu da səbəblərdən biridir. Çünki yuxu rejiminin olmaması şəkərli diabetin yaranma səbəblərindən biridir. İnsanlar kütləvi halda vitamin D çatışmazlığından əziyyət çəkir. Vitamin D çatışmazlığı da insanlarda şəkərli diabet formalaşmasında xüsusi rol oynayır".