Polşanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

15 Noyabr 2024 20:36 (UTC+04:00)

Polşanın keçmiş prezidenti Lex Valesa ürəyində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.

Bu barədə siyasətçinin Facebook səhifəsində qeyd edilib.

O2.pl portalı keçmiş Polşa liderinin köməkçisi Marek Kaçmarla əlaqə saxlayıb və o, Valesanın son vaxtlar özünü pis hiss etdiyini bildirib.

Siyasətçi kardioloji müayinədən keçmək üçün Qdanskdakı xəstəxanaya gedib.

Mövsüm

AzNews.az