Annalena Barbok: Almaniya Ukraynaya qanadlı raketlər verməlidir

16 Noyabr 2024 15:01 (UTC+04:00)

Almaniya Avropa ölkələrindən nümunə götürməli və Ukraynaya uzaqmənzilli raketlər verməyə başlamalıdır.

Bu bəyanatla ölkənin xarici işlər naziri Annalena Barbok Birlik 90/Yaşıllar partiyasının Visbadendə keçirilən konfransında çıxış edib.

Diplomat qeyd edib ki, Ukraynaya hərbi yardım paketinin genişləndirilməsi “Almaniyanın məsuliyyətidir”.

Bundan əlavə, onun sözlərinə görə, Fransa və Böyük Britaniya uzun müddətdir ki, ölkəni qanadlı raketlərlə təmin edir.

Mövsüm

Aznews.az