Yaponiyanın baş naziri və Si Cinpin ikitərəfli əlaqələrin qurulması barədə razılığa gəliblər

16 Noyabr 2024 15:08 (UTC+04:00)

Yaponiyanın baş naziri Şiqeru İşiba bildirib ki, o, Çin prezidenti Si Cinpin ilə ilk üzbəüz danışıqlarda “qarşılıqlı faydalı” və “sabit” münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüşəndən sonra İşiba Çin liderinə bildirib ki, Tokio Çinin Tayvana və Yaponiyanın hava məkanına qarşı getdikcə aqressiv manevrlərindən “son dərəcə narahatdır”.

“Yaponiya ilə Çin arasında çoxlu fərqlər var. Lakin bunlara baxmayaraq, mən daha çox görüşlər keçirməyə davam etmək üçün Prezident Si Cinpin ilə razılaşdım”, – İşiba jurnalistlərə bildirib.

Mövsüm

Aznews.az