Yaponiyanın xarici işlər naziri Ukraynada səfərdədir

16 Noyabr 2024 15:12 (UTC+04:00)

Yaponiyanın xarici işlər naziri Takeşi İvaya Ukraynada səfərdədir.

Bu barədə Kyodo agentliyi məlumat yayıb .

Nazir Polşa üzərindən qatarla Ukraynaya gəlib.

Səfər zamanı nazirin ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşü və Ukraynada münaqişəyə son qoyacağını vəd edən ABŞ prezidenti Donald Trampın seçilməsi fonunda Kiyevə dəstəyini davam etdirəcəyini açıqlayacağı gözlənilir.

İvayanın Volodimir Zelenski ilə də görüşü gözlənilir.

Mövsüm

Aznews.az