Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün 18-19 noyabr tarixlərində Braziliyaya səfər edəcək.
Dünya ticarətinin 75 faizinə nəzarət edən G20 ölkələrinin liderləri hər il illik qiymətləndirmələr aparırlar. Bu il 19-cu dəfə 18-19 noyabr tarixlərində keçiriləcək sammitə Braziliyanın Rio de Janeyro şəhəri ev sahibliyi edəcək.
Braziliyada dünya iqtisadiyyatı müzakirə olunacaq
Danışıqlar zamanı ticarət, davamlı inkişaf, səhiyyə, kənd təsərrüfatı, enerji, ətraf mühit və iqlim dəyişikliyi müzakirə olunacaq.
Ərdoğan Rio-de-Janeyroda bir çox ikitərəfli görüşlər də keçirəcək. Prezident Ərdoğanın görüşləri zamanı İsrailin Qəzzada davam edən qırğınlarına diqqət çəkəcəyi gözlənilir.
Mövsüm
Aznews.az