WSJ: mobil operator T-Mobile kütləvi haker hücumuna məruz qalıb

16 Noyabr 2024 19:37 (UTC+04:00)

T-Mobile şəbəkəsi Çin kibercasus əməliyyatı çərçivəsində sındırılan sistemlər arasında olub.

Bir neçə ABŞ və beynəlxalq telekommunikasiya şirkətlərinə giriş əldə edilib.

Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Çin kəşfiyyatı ilə əlaqəsi olan hakerlər həssas kəşfiyyat hədəflərinin telefon danışıqlarına casusluq etmək üçün aylarla davam edən kampaniya nəticəsində mobil operatorun sistemlərinə daxil ola biliblər.

WSJ-nin həmsöhbətlərinin sözlərinə görə, insident nəticəsində T-Mobile müştərilərindən toplanan məlumatlar, zənglər və mesajlar barədə dəqiq məlumat hələ də ortaya çıxmayıb. İstifadəçi məlumatlarına təsir göstərən heç bir sübut yoxdur.

Mövsüm

Aznews.az