Bakıda və Abşeron yarımadasında yağış yağır

18 Noyabr 2024 09:26 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında noyabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, yağıntılı hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.