Muxtar Babayev: COP29-da Paris Sazişinin 6.8-ci maddəsi razılaşdırılıb

18 Noyabr 2024 15:55 (UTC+04:00)

Bu gün Paris Sazişinin 6.8-ci maddəsi (iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqtisadiyyatların müvafiq adaptasiyası üçün qeyri-bazar yanaşmaları) razılaşdırılıb.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.