Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri istefa verib

18 Noyabr 2024 11:04 (UTC+04:00)

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan istefa verib.

Bu barədə “Sputnik Ermənistan” Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyana istinadən məlumat yayıb.

Bildirilib ki, həmin gün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan da öz vəzifələrini tərk ediblər.

Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində bildirib ki, məhz o, “yüksək rütbəli məmurlara vəzifələrini tərk etmək xahişi ilə müraciət edib ”.

Onun sözlərinə görə, bunlar sistemli səbəblərdir.