Almaniyanın xarici işlər naziri Barbok İran və Çini sanksiyalarla hədələyib

18 Noyabr 2024 18:00 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Rusiya ilə hərbi sahədə əməkdaşlığa görə Çin və İrana qarşı sanksiyalar tətbiq edə bilər.

Bu barədə Brüsseldə Aİ Xarici İşlər və Müdafiə Nazirləri Şurasında Almaniyanın xarici işlər naziri Annalena Barbok jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, assosiasiya Çinin Rusiyaya dronların ötürülməsindən şübhələnir.

"Bunun nəticələri olmalıdır və olacaq",- deyə nazir qeyd edib.

Mövsüm

Aznews.az