Ağ Ev Kiyevin Rusiyaya ATACMS raketləri ilə zərbə endirmək icazəsini təsdiqləməyib

18 Noyabr 2024 19:54 (UTC+04:00)

Ağ Ev Ukraynanın Rusiya ərazisinə ATACMS raketləri ilə zərbə endirmək icazəsini birbaşa təsdiq etmir və qərarlarını döyüş meydanındakı vəziyyətlə əsaslandırır.

Bu barədə jurnalistlərə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Fayner məlumat verib.

“Birləşmiş Ştatlar münaqişə boyu aydın olub ki, son günlərdə və həftələrdə Rusiya torpaqlarında xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı ciddi eskalasiya da daxil olmaqla, döyüş meydanındakı vəziyyətə əsaslanaraq siyasi qərarlar verəcək”, - deyə Fayner bildirib.

Bu bəyanat Ağ Evin Ukraynanın Rusiya Federasiyasına zərbə endirmək üçün ATACMS-dən istifadə etməsinə icazə verildiyini təsdiqləməyə hazır olub-olmaması ilə bağlı suala cavab olaraq verilib.

Mövsüm

Aznews.az