Almaniya Ukraynaya 4 min PUA göndərəcək

18 Noyabr 2024 20:13 (UTC+04:00)

Ukrayna ilə Rusiya arasında müharibə 2 ildən artıqdır ki, davam edir.

Rusiya üstünlüyü bərpa edərkən, Qərb ölkələri Ukraynaya yardımlarını artırıb.

Nəhayət, Almaniya Ukraynaya 4 min süni intellektlə idarə olunan yüksək texnologiyalı Pilotsuz Uçuş Aparatı (PUA) göndərəcəyini açıqlayıb.

Berlində verdiyi açıqlamada Müdafiə Nazirliyinin sözçüsü Natali Cenninq Almaniya hökumətinin Ukraynaya 4 min silahlı PUA çatdırmağa hazırlaşdığını bildirib.

Cenninq hərbi təhlükəsizliyi əsas gətirərək əlavə məlumat verməkdən imtina edib.

Bild qəzetindəki xəbərdə Almaniyanın süni intellekt şirkəti "Helsing"in sentyabr ayında Ukrayna Müdafiə Nazirliyi ilə 4 min PUA üçün müqavilə imzaladığı və ilk təhvilinin dekabrda ediləcəyi bildirilib.

Mövsüm

Aznews.az