İqlim dəyişikliyi ilə mübarizədə ölkələr gücünü birləşdirsə, irəli gedə biləcək.
Bunu Almaniyanın Federal Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin parlament dövlət katibi Klaudia Müller COP29 çərçivəsində təşkil edilmiş
“COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələrdə deyib.
"Biz iqlim dəyişikliyi ilə mübarizədə sinerji yaratmağı bacarmalıyıq. Bu baxımdan “COP-dan COP-a" tədbiri çox önəmlidir. Çünki burada Böyük Britaniyanın naziri, COP28-dən nümayəndələr və digər tərəfləri birləşib. Bu da bizi irəli getməyə məcbur edir", - deyə o qeyd edib.
Qonaq həmçinin deyib ki, iqlim dəyişikliyi ilə mübarizədə yeni fəaliyyətlər yaradılır: "Bəlkə də bizim yeni fəaliyyətlərə, təşəbbüslərə bir o qədər ehtiyacımız yoxdur. Biz mövcud təşəbbüsləri inkişaf etdirərək, onları genişləndirərək işimizi davam etdirməliyik. Mövcud fəaliyyətləri yeni səviyyəyə çatdıraraq biz daha güclü ola bilərik.
Bu gün tədbirdə iştirak edənlər iqlim dəyişikliyi ilə mübarizədə kənd təsərrüfatının nə qədər önəmli olduğunu bilirlər. Lakin biz COP-larda yenə də bu mövzuları vurğulamalıyıq".