Fəallar COP29-da iqlim ədaləti tələb ediblər

19 Noyabr 2024 13:54 (UTC+04:00)

Kənd təsərrüfatı istehsalının transformasiyası olmadan iqlim ədaləti də olmayacaq və 1,5 dərəcə hədəfinə çatmaq mümkün deyil.

Bunu COP29-un Mavi zonasında kənd təsərrüfatı məhsulları istehsalçılarının keçirdiyi aksiyanın iştirakçıları bəyan ediblər.

Onlar iri aqrar biznes tərəfindən qida məhsullarının istehsalında təklif olunan yanlış və səhv həllərə qarşı çıxış ediblər.

"Qlobal Şimal inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı sisteminin dağıdılmasının əvəzini verməlidir ", "GMO-ya yox, Sənaye fermalarına yox, Pestisidlərə yox" - plakatlarda yazılıb.

Aksiya iştirakçıları iri korporasiyaları həddindən artıq mənfəət əldə etmək üçün ənənəvi kənd təsərrüfatı istehsalını məhv etməkdə günahlandırıblar.