Böyük Britaniya “Gənclər Ordusu” ümumrusiya uşaq və gənclər hərəkatına və “Avanqard” hərbi-vətənpərvərlik tərbiyəsi mərkəzinə qarşı sanksiyalar tətbiq edib.
Məlumat Britaniya hökumətinin saytında dərc edilib.
“Xerson uşaq evinin rəhbəri təyin edilmiş Tatyana Zavalska və Xersondakı internat məktəbinin direktoru Vitali Suk sanksiyalara məruz qalıb”, - deyə məlumatda bildirilir.
Qara siyahıya həmçinin Yunarmiya Baş Qərargahının rəhbəri Nikita Naqornı, Voin gənclər təhsil mərkəzinin rəhbəri İqor Kazarezov, həmin mərkəzin hərbi idman hazırlığı şöbəsinin rəhbəri Andrey Sabinov, Zaporojye şəhərinin əlavə təhsilin inkişafı üzrə prorektoru da daxil edilib.
Mövsüm
Aznews.az