İran XİN Aİ və Böyük Britaniyaya qarşı sanksiyaları pisləyib

19 Noyabr 2024 16:16 (UTC+04:00)

İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Tehranın Moskvaya dəstək verdiyi iddiasına görə tətbiq etdiyi sanksiyaları pisləyib.

Bu barədə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.

"İran Avropa İttifaqı və Böyük Britaniyanın dövlətlərin müdafiə və hərbi sahədə qanuni münasibətlərinə müdaxiləsini pisləyir",-rəsmi qeyd edib.

Bəyanatda qeyd edilir ki, ölkə milli maraqlar və təhlükəsizlik məqsədləri üçün öz tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.

Mövsüm

Aznews.az