Slovakiyalı deputatlar Zelenskinin AP-dəki çıxışını boykot etmək qərarına gəliblər

19 Noyabr 2024 19:53 (UTC+04:00)

Slovakiyanın baş naziri Robert Fikonun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası Smer-SD-dən olan Avropa Parlamentinin (AP) deputatları Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışını boykot ediblər.

Bu barədə Slovakiya deputatı Lubos Blaqa özünün Teleqram kanalında məlumat verib.

“Avropa Parlamentində təmsil olunan Smer-SD partiyası Volodimir Zelenskinin bugünkü çıxışını boykot etməyimizə qərar verib”,- o, yayımladığı videomüraciətdə bildirib.

AP iclasında Zelenskinin çıxışının video formatda yayımlanması planlaşdırılırdı. Son anda Smer-SD-dən olan beş deputat Kiyev rejiminin rəhbərini dinləməkdən imtina edib.