Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsində oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edib və seçkinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Prezidentlikdən verilən yazılı açıqlamada Zurabişvilinin Konstitusiya Məhkəməsinə müraciət etdiyi qeyd edilib.
Öz ərizəsində seçkilərin universallığı və məxfilik prinsiplərinin pozulduğunu əsas gətirən Zurabişvili məhkəmədən seçkilərin yekun nəticələrinin konstitusiyaya zidd olduğunu qəbul etməyi xahiş edib.
Mövsüm
Aznews.az