Azərbaycan XİN Pakistana başsağlığı verib

21 Noyabr 2024 16:22 (UTC+04:00)

Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında bildirilib.

"Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd olunub.