Ceyhun Bayramov Almaniyanın XİN başçısı ilə danışıqlar aparıb

22 Noyabr 2024 16:37 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində almaniyalı həmkarı Annalena Berbok ilə danışıqlar aparıb.

AzNews.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində cari danışıqları müzakirə ediblər.

Nazirlər, həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh prosesinə olan mövcud çağırışları müzakirə ediblər.

C.Bayramov Azərbaycana qarşı koordinasiya olunan qərəzli və əsassız kampaniyadan narahatlığını ifadə edib və bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyini diqqətə çatdırıb.