Londonda polis şübhəli əşyaya görə ABŞ səfirliyini mühasirəyə alıb

22 Noyabr 2024 18:37 (UTC+04:00)

London polisi binanın ərazisində şübhəli obyekt aşkar edildikdən sonra ABŞ səfirliyinin binasını mühasirəyə alıb.

Bu barədə Böyük Britaniya paytaxtının hüquq-mühafizə orqanının rəsmi bəyanatında deyilir.

Scotland Yard, polisin "Nine Elms bölgəsində baş verən hadisə" ilə bağlı onlayn fərziyyələrdən xəbərdar olduğunu bildirdi.

“Ehtiyat tədbiri olaraq bu ərazidə kordonlar qurulub və polis əməkdaşları şübhəli obyektə baxış keçirirlər. Əlavə məlumatı daha sonra təqdim edəcəyik”, - departamentin X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində deyilir.

Mövsüm

Aznews.az