Çin XİN Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırıb

22 Noyabr 2024 18:54 (UTC+04:00)

Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırır.

Bu barədə nazirliyin sözçüsü Lin Jian bildirib.

"Mövcud şəraitdə bütün tərəflər sakit və təmkinli olmalıdırlar", - Lin Jian qeyd edib.

Diplomat əlavə edib ki, atəşkəsə nail olmaq üçün dialoq yolu ilə vəziyyətin soyumasına və siyasi nizamlanmaya şərait yaradılmasına səy göstərilməlidir.

Mövsüm

Aznews.az